Barda partlayışda yaralanan qız danışdı - VİDEO

Baxış: 42

AzeriXalq.az xəbər verir ki, "Location" klubda baş verən partlayışda yaralanan model Merlin ( Təranə Rzayeva ) Lent.az-ın canlı yayımında qonaq olub. Merlin müsahibəsində partlayış anını bu cür izah edib:

“Hər şey bir anın içində baş verdi. Möhkəm səs və bir anda hər kəs yerdə. Divara çırpılıb, özümdən getmişəm. Məni o anda xilas edən oğlan oldu. O oğlanın səsini eşidən zaman, sağ olduğumu hiss etdim və o anda dünyanın ən xoşbəxti oldum. Nə baş verdiyini dərk etmirdim. Digərlərinə baxanda mən çox yaralanmamışam. Amma çıxanda baxdım ki, hər kəs yerə sərilib. Rəhmətlik xadimə ilə mən eyni divara çırpılmışdım. Oradan xəstəxanaya birinci mən çatdım. Daha sonra uşaqlar gəldi. Xəstəxanada yüksək səslə zarıyırdılar. Əllərim , ayaqlarım, bədənimin müxtəlif yerləri yandı və təbii saçlarım getdi. İndi saçlarım qaynaqdır. Baxımsız görsənmək istəmədim. Bir ona sevinirəm ki, ölmədim. Çünki atam xərçəng xəstəsidir. Mənim ölüm xəbərim gəlsəydi, eşidib həyatdan köçə bilərdi. Sadəcə onu dərk etdim ki, hər an ölə bilərik. Bu günlə yaşamaq lazımdır. Əslində həmin gün o məkanda olmamalı idim. Sadəcə rəfiqəm Aysel Şükür zəng etdi, mən də o mıəkana yaxın idim, ora gəldim. Klub geyimində deyildim. Əynimdə cins şalvar və qalın köynək var idi. Klub geyimində, ətəkdə olsaydım, digərləri kimi daha çox xəsarət ala və ölə bilərdim”.

Merlin gecə saatlarında klubda əyləndiyi üçün ona tənqid yazanlara da cavab verib:

“Başa düşə bilmirəm ki, insanlar üçün gecə ilə gündüzün nə önəmi var? İnsanın pis və ya yaxşı olması gecə və gündüzə görə dəyişmir. Pis insan hər məkanda pisdir. Kluba getməyimi əxlaqsız kimi təqdim etdilər. Əslində məni tənqid edənləri önəmsəmirəm. Barəmizdə tərbiyəsiz sözlər işlədirsiz. Ağızdan tərbiyəsizsiz”.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!