Sosial şəbəkələrdə Təhsil Nazirliyinin adından pul yığırlar - VİDEO

Baxış: 31




Təhsil Nazirliyinin adına sosial şəbəkələrdə səhifə açıb, övladlarının sinfini dəyişmək istəyən valideynləri aldadırlar.
AzeriXalq.az xəbər verir ki, səhifəni idarə edən şəxslər valideynlərdən dövlət rüsumu adı ilə qanunsuz pul istəyirlər.
İnstaqramda 3 mindən çox izləyicisi olan ''Təhsil nazirliyi'' adlı səhifəni idarə edənlər valideyinləri aldatmaqla məşğuldurlar.Belə bir problemlə qarşılaşan valideyinlərdən biri həmin şəxslə yazışmalarını ''Xəzər Xəbər''in vatsap nömrəsinə göndərib. Həmin valideyin övladını təhsil aldığı məktəbdə sinfini dəyişmək üçün ''Təhsil nazirliyi'' adlı səhifəyə yazıb. Səhifəni idarə edən şəxs bunun mümkün olduğunu, ancaq bu məqsədlə göndərilən hesab nömrəsinə dövlət rüsumu adı ilə 467 manat ödənməli olduğunu qeyd edib.
Valideyin qarşı tərəfə bu əməlin qanunsuz olduğunu bildirdikdə isə həmin şəxs məbləğin rəhbərlik tərəfindən müəyyənləşdirildiyini qeyd edib.
Mövzunu araşdırmaq üçün valideyin qismində həmin səhifəyə müraciət etdik. Övladımızın 7-ci sinifdə oxuduğunu və sinfini dəyişmək üçün necə kömək edə biləcəklərini soruşduq. Bildirildi ki, bunun üçün 321 manat dövlət rüsumu ödəməliyik.
Məsələyə Təhsil Nazirliyindən də münasibət bildirilib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib ki, instaqaramda Təhsil Nazirliyinin "Təhsil nazirliyi" adlı heç bir səhifəsi yoxdur. Adı çəkilən bu səhifə saxtadır. Yalnız digər sosial şəbəkələrdə olduğu kimi, instqaramda da nzirliyin rəsmi qeydiyyatdan keçən səhifəsi ''edugovaz'' adlanır.
Cəsarət Valehov bildirib ki, vətəndaşlar bu cür hallarla qarşılaşdıqları təqdirdə, nazirliyn 146 qaynar xəttinə və qurumun sosial şəbəkələrdə olan rəsmi hesablarına müraciət edə bilərlər. Artıq Təhsil Nazirliyi instaqramda olan saxta səhifənin ləğv olunması üçün bu sosial şəbəkəyə rəsmi qaydada müraciət göndərib.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!