Ermənistanda əsgər valideynləri yenidən küçələrə axışıb - VİDEO

Baxış: 40






Ermənistanın paytaxtı İrəvandakı Vazgen Sarkisyan adına hərbi universitetin qarşısında hərbçilərin valideynləri etiraz aksiyası keçirib.
AzeriXalq.az xəbər verir ki, onlar Müdafiə Nazirliyindən övladlarını orduya göndərərkən təhlükəsizlik zəmanəti verilməsini tələb ediblər.
İki saat davam edən etiraz müddətində Müdafiə Nazirliyinin əməkdaşları etirazçıların qarşısına yalnız bir dəfə çıxıb və əsgər yaxınlarının suallarını cavablandırmağa səlahiyyətləri olmadığını söyləyib.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!