Musiqili videosu yayılan keçmiş məktəb direktorundan YENİ XƏBƏR

Baxış: 32

Musiqili videosu yayılan keçmiş məktəb direktorundan
2021-ci ildə məhkəmə qərarı ilə işdən uzaqlaşdırılan 23 saylı Kəlbəcər məktəbinin sabiq direktoru Həqiqət Şükürova məhkəməyə müraciət edib

AzeriXalq.az-ın Lent.az-a istinadən məlumatına görə, keçmiş direktorun məhkəməyə müraciəti yenidən işə bərpa olunması ilə bağlıdır. Bunun üçün o, Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə H. Şükürovanın tələbini təmin edib. Təhsil Nazirliyi isə məhkəmənin qərarı ilə razılaşmayıb və qərardan apelyasiya şikayəti verib. Lakin birinci dəfə Bakı Apelyasiya Məhkəməsində şikayətə baxılmayıb və iş yenidən birinci instansiya məhkəməsinə göndərilib. Burada bir daha Həqiqət Şükürovanın iddiası təmin edilib və qərar yenə də Təhsil Nazirliyinin xoşuna gəlməyib. Bu səbəbdən nazirlik növbəti dəfə Nərimanov məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Hazırda iş Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun icraatındadır.

Qeyd edək ki, Binəqədi rayonunda yerləşən 23 saylı Kəlbəcər məktəbinin keçmiş direktoru H. Şükürova 2021-ci ilin may ayında avtomobilində çəkdiyi musiqili videoları ilə gündəmə gəlmişdi. O, bundan sonra məhkəmənin qərarı ilə işindən kənarlaşdırılmışdı. Daha sonra isə xanım direktor dələduzluqda ittiham olunaraq, hakim qarşısına çıxarılıb.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!