“6 saat dərs deyən müəllimin bu qədər maaş alması normaldır” - Emin Əmrullayev

Baxış: 43



“Hazırda məktəblərdə 6 saat dərs deyən müəllimlərimiz var. Bu yalnız 4439 müəllimi təşkil edir. Onlar cəmi 150 manat maaş alırlar. Lakin həftədə 6 saat dərs deyən müəllimin bu qədər maaş alması normaldır”.
 
AzeriXalq.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, əksər - 100 mindən artıq müəllimin 12 saat və ondan çox dərs saatı var: “Ümumtəhsil məktəblərində ümumən 140 minə yaxın müəllim dərs deyir. 18-24 saatdan çox dərs deyən müəllimlərin ortalama əmək haqqı min manatı keçir. Biz istəyirik ki, savadlı müəllimlərimizin əməkhaqqısı daha çox olsun”.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!