Birinci sinfə qeydiyyat başlanılır-Bu gündən

Baxış: 26

Birinci sinif uşaqlarının PROBLEMİ - Dərslər niyə saat 8-də başlayır?

Bu gündən birinci sinfə qeydiyyat prosesi başlanılır.
AzeriXalq.az xəbər verir ki, Təhsil Nazirliyinə istinadən xəbər verir ki, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq. Həmin tarixdən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək.
Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!