Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

Baxış: 28




Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.
AzeriXalq.az bildirir ki, Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbdə martın 9-dan dərslərin distant formada keçirilməsi qərara alınıb.
Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır. Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.
Əldə edilən məlumata görə, məktəbin direktoru və direktor müavini COVİD-19 virusuna tutulub. Məktəb direktoru hazırda Bakı şəhərindəki xəstəxanalardan birində müalicə alır.
Məktəb direktoru Söhbət Salmanov APA-ya açıqlamasında koronavirusa yoluxduğunu və rəhbəri olduğu təhsil müəssisəsinin 14 günlük bağlandığını təsdiqləyib.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!