Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Azıb Ermənistana keçən azərbaycanlının məhkəmə vaxtı dəyişdi

Azıb Ermənistana keçən azərbaycanlının məhkəmə vaxtı dəyişdi
Tuqay Mikayılov noyabrın 26-da məhkəməyə çıxarılacaq.
Ermənistanda saxlanılan Gürcüstan vətəndaşı, əslən azərbaycanlı Turqay Mikayılovun işi üzrə məhkəmə prosesinin vaxtı dəyişdirilib. Proses noyabrın 26-a təyin edilib.

ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə Lori rayon məhkəməsindən verilib. Daha öncə məhkəmənin noyabrın 2-də olacağı açıqlanmışdı.

35 yaşlı Mikayılova qarşı sərhəddi qanunsuz keçmək ittihamı ilə cinayət işi açılıb. Bu maddəyə görə o 100 min dram cərimə edilə və ya 3 il müddətinə azadlıqdan məhrum oluna bilər.

İyulun 23-də Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Faxralı kəndində yaşayan, 35 yaşlı Turqay Lətif oğlu Mikayılov yolu azaraq Ermənistan tərəfə keçib.

Qohumlarının sözlərinə görə, bu hadisə Dmanisinin Yırğançay kəndinin yaxınlığında, Faxralı sakinlərinə məxsus yaylaqda baş verib. Turqay həmin ərazidə çobanlıq edib və siqaret almaq üçün dağdan enərkən, yolu azaraq Ermənistanın Cücə kəndinə gedib. Turqayı İrəvana aparıblar.
Azıb Ermənistana keçən azərbaycanlının məhkəmə vaxtı dəyişdi
Gürcüstan-Ermənistan sərhədi

T. Mikayılov ailəsi ilə bir dəfə danışıb və İrəvanda ona 2 ay saxlanılacağını dediklərini bildirib.



           Tarix: 05-11-2015 13:24   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya