Əsirlikdə olan Amin Musayev vətənə gətirilib - FOTO

Baxış: 183




Erməni əsirliyində olan Azərbaycan əsgəri Amin Musayev Azərbaycana qaytarılıb.
AzeriXalq.az xəbər verir ki, bu barədə Trend açıqlamasında Amin Musayevin qohumu Nübar Abadova deyib.
O bildirib ki, Amin Musayev hazırda Bakıda xəstəxanaya yerləşdirilib: "Bayaq anası ilə telefonla danışdı, bildirdi ki, vəziyyəti yaxşıdı, heç bir problemi yoxdu. Sağ olsun Ali Baş Komandanımız. Bu cür sərkərdəsi olan ölkənin əsgəri həmişəyaxşı olmalıdır, heç vaxt darda qalmaz. Biz Ali Baş Komandamıza inanırdıq. İnanırdıq ki o heç vaxt Azərbaycan əsgərini darda qoymaz. Düşündüyümüz kimi də oldu. Amin artıq azadlıqdadır. Sevincimizi həddi-hüdudu yoxdu. Ali Baş Komandan Amini bizə sağ-salamat qaytardı. Var olsun Prezidentimiz.
Ailəmiz adından, qohumlarımız adından, bütün Ağstafa əhalisi adından cənab Prezidentimizə, Ali Baş komandamıza minnətdarıq. Yaşasın Azərbaycan Prezidenti. Biz həmişə olduğu kimi bu gün də Azərbaycanın Ali Baş Komandanı ilə fəxr edirik. Belə Prezidenti olan ölkənin heç bir problemi olmayacaq. Azərbaycanın gözü aydın olsun. Amin özü dedi ki, lap yaxşıdı, heç bir narahatçılığı yoxdur".

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!