Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Nazir Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinin vaxtını AÇIQLADI

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabr ayında regiona səfər edəcəklər.

Azerixalq.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib.

Nazir deyib ki, həmsədrlərlə Nyu-Yorkda görüşüb: "Həmsədrlər hesab edirlər ki, işimizi davam etdirməliyik. Təklif etdilər ki, gələn ay regiona gəlsinlər. Həmsədrlər oktyabrda regiona səfər edəcəklər. Çox güman ki, səfər oktyabrın 2-ci yarısı olacaq. Hazırda səfərin tarixi dəqiqləşdirilir".

E.Məmmədyarov deyib ki, həmsədrlər həm Azərbaycan, həm də Ermənistana gedəcəklər: "Ola bilsin ki, ondan sonra prezidentlərin görüşü və ya görüşlə bağlı hansı təklifləri irəli sürəcəkləri müəyyənləşəcək".

XİN rəhbəri rusiyalı həmkarı Sergey Lavrovla da bu məsələni müzakirə etdiyini bildirib: "Prezidentlərin Sankt-Peterburq görüşündə də qeyd olundu ki, bir də görüşmək lazımdır ki, məsələni irəli aparaq".

 




           Tarix: 29-09-2016 14:43   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya