Rusiya prezidenti: “Avropanın uzaqgörən olmayan siyasəti enerji sektorunda böhran yaradıb”

Baxış: 35




Vladimir Putin
Avropa ölkələrinin uzaqgörən olmayan siyasəti enerji sektorunda böhrana səbəb olub.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya” telekanalına müsahibəsində bildirib.
"İkinci səbəb Avropa ölkələrinin, ilk növbədə Avropa Komissiyasının enerji sahəsində uzaqgörən olmayan siyasətidir. Biz orada baş verənləri görürük. Şəxsən mən hesab edirəm ki, ABŞ və Avropada bir çox siyasi qüvvə planet sakinlərinin vəziyyəti, iqlim dəyişikliyi ilə əlaqədar təbii narahatlığı ilə bağlı spekulyasiyalar aparmağa başlayıblar, bu yaşıl gündəmi, o cümlədən enerji sektorunda irəli çəkməyə başlayıblar", - deyə Rusiya prezidenti vurğulayıb.
AzeriXalq.az

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!