Ermənistan Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətini davam etdirir - Prezidentin köməkçisi

Baxış: 24


Azərbaycanın həm hərbçiləri, həm də mülki əhalisi mina təhlükəsinə məruz qalır.
AzeriXalq.az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.
H.Hacıyev bildirib ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə çoxlu sayda minalar basdırıb:
"Ermənistan minalardan məqsədli şəkildə istifadə edərək bunu Azərbaycanın mülki əhalisinə yönəldib. Bu, Ermənistanın hərbi cinayətlərinin nümunəsidir və Ermənistanın beynəlxalq öhdəliyinə ziddir. Ermənistan tərəfi Azərbaycan tərəfinə minaların xəritəsini təqdim etmir. Azərbaycan mülki əhalisinin hüquqları kobud surətdə pozulur. Bu eyni zamanda Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti və qətliamın davam etdirilməsidir".

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!