"Azərbaycan region ölkələrinə sülh mesajını verdi" - Səfir

Baxış: 38




44 günlük müharibədən sonra imzalanan üçtərəfli bəyanatla Azərbaycanın məqsədi region ölkələrinə sülh mesajını vermək idi.
AzeriXalq.az bildirir ki, bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Qum şəhərində keçirilən "17 Rəbi-Əvvəl Beynəlxalq Qarabağ Konfransı"nda deyib.
B.Hüseynovun sözlərinə görə, 1-ci Qarabağ müharibəsində Azərbaycan dost ölkələrin köməyi ilə mübarizə aparıb. Lakin həmin dövrdə Azərbaycanın gələcəyini təmin edəcək lideri yox idi: "Ümummilli lider Heydər Əliyevin iqtidara gəlməsi və onun qonşu ölkələrlə münasibətləri möhkəmləndirməsi ilə Azərbaycanın İranla əlaqələri gücləndi və bugünədək davam edir".
B.Hüseynov qeyd edib ki, Azərbaycan xalqı İranın istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsindəki dəstəyini unutmayıb və unutmayacaq.
Səfir Qarabağın bərpası sahəsində Azərbaycan və İran arasında əməkdaşlıqediləcəyini də deyib.
Qeyd edək ki, bu gün İranın Qum şəhərində "17 Rəbi-Əvvəl Beynəlxalq Konfransı işə başlayıb. Konfransa İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi, Qum Dini Elmlər Seminariyasının müdiri Əlirza Ərafi, İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Ali Liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili, İranın Ali Liderinin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi Seyid Məhəmməd Əli Al Haşem, İran və Azərbaycan parlamenti dostluq qrupunun sədri Əli Nikzad, Belarus, Rusiya, Gürcüstan, Ukrayna nümayəndələri qatılıblar./trend

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!