Reklam
Xəbər lenti





































11:14
25-11-2020
Neftin qiyməti artır








Ən çox oxunanlar

Lavrovdan Qarabağla bağlı daha bir açıqlama: "Bu, vicdansızlıqdır..."


img
"Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) öhdəliklərinə xəyanət etməsi ilə bağlı ittihamlar vicdansızlıqdır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT telekanalına müsahibəsində deyib. 
“Görürsünüz ki, Rusiyanın politoloji mühitində də baş verənlər necə vicdansız şəkildə şərh edilir. Bəzi analitiklərimiz bizi birbaşa Kollektiv Təhlükəsizlik Müqaviləsindəki öhdəliklərimizə xəyanət etməkdə günahlandırırlar. Əvvəla, düşünmürəm ki, həmin insanlar sadəcə siyasi cəhətdən savadsızdır, hüquqi cəhətdən təhsilsizdir. İkincisi, KTMT-nin öhdəliklərinin müstəsna olaraq təşkilata üzv dövlətin xarici təcavüzdən birgə müdafiəsini əhatə etdiyini bilməmiş deyillər, bu da təbii ki, Ermənistanla baş vermədi. Belə nümunələr çoxdur. Onları xaricdə və Rusiya Federasiyasındakı müəlliflərin vicdanına buraxıram”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
Nazir Rusiyanın Dağlıq Qarabağdakı münaqişə ilə əlaqədar siyasi xal və nüfuz qazanmaq niyyətində olmadığını qeyd edib: “Biz 9 noyabr razılaşmasını və Rusiyanın ona nail olmaqdakı rolunu necə izah etməyə çalışdıqlarını fəlsəfi şəkildə qəbul edirik. Tamamilə diametral zidd mövqelər. Bir tərəfdən “Rusiya demək olar ki, hamını aldadıb, az qala əsas fayda götürən oldu”. Digər qütbdə isə “Rusiya müttəfiqlərinə xəyanət etdi”/APA.




           Tarix: 19-11-2020 18:22   

Gündəm
































Video səhifəmiz
Fotosesiya