Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

"Rusiyadakı erməni diasporunun fəaliyyəti hüquq-mühafizə orqanlarının müşahidəsi altındadır" - Oleq Kuznetsov




Rusiyadakı erməni diasporunun bütün ictimai strukturları hüquq-mühafizə və xüsusi xidmət orqanlarının müşahidəsi altındadır.
AzeriXalq.az bildirir ki, bunu Trend-ə rusiyalı analitik Oleq Kuznetsov erməni diasporunun Dağlıq Qarabağa yollamaq üçün döyüşcü cəlb etməsi barədə məlumatı şərh edərkən deyib.
O bildirib ki, bu cür müşahidə Rusiya ermənilərinin kütləvi şəkildə döyüşlərə yollanması ehtimalını aradan qaldırır:
"Əlbəttə, bu cür tədbirlər fərdi şəkildə, ya da kiçik qruplarla döyüşə yollanmaq istəyənlərin qarşısını almaq üçün kifayət deyil. Amma lazımi orqanlar kütləvi şəkildə döyüşə getmək istəyənlərin qarşısını almağa qadirdir. Əvvəlki fəaliyyət təcrübəmdən bu cür hallarda təhlükəsizlik orqanlarının addımları mənə yaxşı məlumdur və mən Qarabağda Rusiya ermənilərindən ibarət minlərlə könüllünün peyda olacağını ehtimal etmirəm".
Ekspert əlavə edib ki, Rusiyanın Cinayət Məcəlləsində hərbi əməliyyatlarda iştirak etmək məqsədilə muzdluların cəlb olunması, maliyyələşdirilməsinə görə 8 ilədək həbs cəzası nəzərdə tutulub.




           Tarix: 15-10-2020 12:56   

Gündəm
































Video səhifəmiz
Fotosesiya