Reklam
Xəbər lenti





















08:44
23-09-2020
BÜRCLƏR








11:14
22-09-2020
Neftin qiyməti artıb




08:56
22-09-2020
BÜRCLƏR












Ən çox oxunanlar

Türkiyə Prezident Administrasiyası: "Azərbaycan hər zaman Türkiyənin dəstəyinə arxalana bilər"




Azərbaycan hər zaman Türkiyənin dəstəyinə arxalana bilər.
AzeriXalq.az  bildirir ki, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.
Qeyd olunub ki, iki qardaş ölkəni tarixi, mədəni və qohumluq əlaqələri bağlayır:
"Bakının azad edilməsi günü kimi qeyd edilən 15 sentyabr tarixi təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə üçün əlamətdar tarixdir".
Administrasiyadan bildiriblər ki, Azərbaycanda olduğu kimi, Türkiyədə də Bakının azad edilməsi zamanı həlak olmuş qəhrəmanların xatirəsi anılır və bu əlamətdar gün heç vaxt unudulmayacaq:
"Türkiyə Azərbaycanla ildən-ilə genişlənən və möhkəmlənən münasibətlərə böyük dəyər verir".
Həmçinin qeyd olunub ki, çoxillik dostluq və əməkdaşlıq ərzində Bakı və Ankara bütün dünyaya həmin münasibətlərin kiməsə qarşı yönəlmədiyini nümayiş etdirib:
"Ankara və Bakının sıx münasibətlərində region yalnız fayda görür".




           Tarix: 15-09-2020 11:59   

Gündəm
































Video səhifəmiz
Fotosesiya