Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Atambayev girov götürülmüş xüsusi təyinatlıları buraxacağını vəd etdi

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin iqamətgahı ətrafında gərginlik davam edir. 

AzeriXalq.az qafqazinfo-ya istinadən xəbər verir ki, RİA Novosti-nin həmin ərazidə olan müxbirinin məlumatına görə, eks-prezidentin tərəfdaşları xüsusi xidmət orqanı əməkdaşlarını girov götürüblər. 

Girov götürülmüş 6 xüsusi təyinatlıya təcili tibbi yardım göstərilib. 

"Hökumət qoyulmuş tələbləri yerinə yetirməyib, buna görə də girovlar, hələ ki, bizim əlimizdədir. Onların vəziyyəti normaldır", - Atambayevin tərəfdarlarından biri müxbirlə söhbətində qeyd edib. 

Gecə saatlarında gələn həkimlər xüsusi xidmət orqanı əməkdaşlarına sarğı qoyublar. 

Qırğızıstanın eks prezidenti Almazbek Atambayev onun Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı tərəfdarlarının girov götürdüyü şəxsləri azad edəcəklərini bildirib.

AzeriXalq.az Trend-ə istinadən bildirir ki, sabiq prezident artıq onların bəzilərinin azad edildiyini qeyd edib.

A.Atambayev deyib: "Onlar da kiminsə övladlarıdır, biz başa düşürük. Biz onları mütləq buraxacağıq. Əksəriyyətini artıq dünən sərbəst buraxmışıq".

Qeyd edək ki, otən gün A.Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat həyata keçirilib. Yaranmış qarşıdurmada 52 nəfər xəsarət alıb. Faktı Qırğızıstan Səhiyyə Nazirliyi təsdiq edib.

Məlumata görə, xəstəxanaya 52 nəfər müraciət edib. Onlardan 20 nəfər xəstəxanada, daha 11 nəfər güc strukturlarının tibb müəssisələrində müalicə olunur.

Bir nəfər xüsusi təyinatlının isə həlak olduğu qeyd edilir.

Son məlumatlara görə, insident nəticəsində yaralananların sayı 50-yə yaxınlaşır, 1 nəfərin isə öldüyü deyilir. 

2011 - 2017-ci illərdə ölkəsinə rəhbərlik etmiş Atambayev kriminal avtoritet Əziz Batukayevin həbsdən qanunsuz azad edilməsində və bir sıra digər cinayətlərdə ittiham edilir. O, bununla bağlı keçirilən məhkəmələrdə ifadə verməkdən imtina edib. 

Ötən gün Atambayevin həbsi haqda xəbər yayılsa da, qızı və köməkçisi Fərid Niyazov bunu təkzib ediblər. KİV-in ikinci versiyasına görə, Atambayev artıq tərəfdaşları tərəfindən gizli şəkildə evindən çıxarılıb. 




           Tarix: 08-08-2019 11:21   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya