Avtomobili ağaca çırpdı, atası öldü

Baxış: 25

Avtomobili ağaca çırpdı, atası öldü

Qəbələdə avtomobil ağaca çırpılıb, ata ölüb, oğlu xəsarət alıb.
Hadisə bu gün səhər İsmayıllı-Qaraməryəm-Şəki yolunun, Nic qəsəbəsindən keçən hissəsində baş verib.
Oğuzun Kərimli kənd sakini, 1994-cü il təvəllüdlü Pərvin Əsgərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin, sürücünün atası 1963-cü il təvəllüdlü Əsgərov Bəylər Əlövsət oğlu hadisə yerində ölüb. Sürücü Pərvin Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AzeriXalq.az

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!