Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Azərbaycanda yas mərasimi yarımçıq dayandırıldı - FOTO




Masallı Rayon Polis Şöbəsinə rayonun Ərkivan qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
AzeriXalq.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğu aşkar edilib.
Mərasim dayandırılıb və orada olanlardan səkkiz nəfər polis şöbəsinə gətirilərək, karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb.
Onlardan üç nəfəri Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub, digərləri barəsində isə protokol tərtib edilib. Həmin beş nəfər cərimə olunub.




           Tarix: 08-07-2020 13:36   

Gündəm
































Video səhifəmiz
Fotosesiya