Bakıda naməlum şəxs avtobusa hücum edib şüşələrini sındırdı - Video

Baxış: 22


Bakıda naməlum şəxs avtobusa hücum edib şüşələrini sındırdı

 
Bakıda naməlum şəxs marşrut avtobusuna hücum edib.
AzeriXalq.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. Orta yaşlı şəxs səhər saat 06:30 radələrində 85 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobusa yaxınlaşaraq sürücüyə qarşı xuliqanlıq hərəkətləri edib. O, sürücüyə və avtobusa zərbələr endirib. Nəqliyyat vasitəsinin şüşələrini sındırıb.
Baş vermiş hadisə ilə bağlı polisə müraciət edilib. Araşdırma aparılır.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!