Ailənin birliyi sənin əllərindədir... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." - FOTO

Baxış: 29


Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.
AzeriXalq.az bildirir ki, bu material Babayev Rahib Bəxtiyar oğluna həsr edilib...
Salam, Rahib.
Salam.
Bilirsən kiminlə danışmışam?
Aygünlə...
Hardan bildin?
Nə qədər özümü tanıyıram sanki Aygün həmişə yanımda olub.
Tale?
Bəli, dost, sirdaş, həyatımın mənası.
Uşaqların anası.
Üç mələyin anası! Mələk, İbrahim və Əli.
Həmişə hərbiçi olmaq istəyirdin?
Sözsüz, heç özümü başqa işdə təsəvvir etmirəm. Neçə il Z. Tağıyev qəsəbəsinin hərbi hissəsində taqım komandiri oldum, sonra isə Qazaxa və oradan Murova keçdim. O vaxtlar ailəmi az görürdüm, ancaq məzuniyyətdə.
Müharibə səni qorxutmadı?
Qorxu elə hissdir ki, bir tərəfdən gəlir o biri tərəfdən gedir. Daimi olmur. Ailəmi fikirləşəndə onlar üçün narahat idim, amma özümə görə yox. Müharibədən əvvəl Aygünə zəng edib dedim ki, nə isə olsa belə ağlayıb eləməsin.
Nə dedi?
Dediyimin mənasın başa düşməsə belə, məni başa düşdü. O, məni hiss edirdi həmişə.
Amma Aygün əmin idi ki, Rahib gayıdacaq...
Mən bizim qalib olmağımıza inanırdım, Aygün isə mənim gayıtmağıma... Bu səfər də mən deyən oldu (gülümsəyir).
Peşəkar zabit, üç uşaq atası, vətənpərvər, ailəsini sevən... Rahib, həyatını bir də yaşasaydın nəyi dəyişərdin?
Çox təriflədiniz (gülür). Hərdən fikirləşirəm ki, müharibəni tezləşdirərdim, amma o biri tərəfdən o zaman ailə gura bilmiyəcəkdim. Deməli hər şey elə olduğu kimi olmalıdır. Mən həyatımdan razıyam. Təkçə Aygünü tək goymağım məni üzür... Sözsüz güclü qadındır, amma nə qədər güclü olsa da, təkdir... Mənsiz...
Rahib, Aygünlə nə zaman tanış olmuşduz?
Tələbə vaxtı, onu görəndə özümə dedim ki, mənimdir (gülür).
Rahib, sevgi nə olan şeydir?
Mənim üçün sevginin dörd adı var: Aygün, Mələk, İbrahim və Əli. Sevgiyə o adı verirsən ki, o ad səninlə məzara kimi gedəcək...
Axırıncı dəfə evdəkiləri nə zaman gördün?
İyunda. On gün bir yerdə galdıq, gözəl günlər keçirtdik... Sonra da sentyabrın 13-də evə iki saatlıq gəldim ki, uşaqları görüm... Vaxtım yox idi, amma onları öpüb qucaqlamaq istəyirdim.
Niyə məhz o gün?
Nə bilim ürəyimə danmışdı, narahat idim... Mələyi gucağıma alanda gördüm ki, necə də böyüyüb. İbrahimi, Əlini gucağımda gəzdirdim... O bizim son görüşümüz oldu...
Rahib, indi o günü gaytara bilsəydin nə deyərdin?
Elə dediyimi. .. Amma bilirsiniz, siz indi dediniz, və mən fikirləşdim ki, onlara məktub yazardım...
Bəlkə indi yazaq?
Çalışaram fikirlərimi cilovlayım (gülümsəyir). Əzizim, Aygün... Bilirəm ki, səninlə istədəyim qədər vaxt keçirə bilmədim, amma sən həmişə mənim ürəyimdə olmusan və olacaqsan. Mələyim, gözəl qızım, ananın sözünə bax və mənə söz ver ki, çox xoşbəxt olacaqsan. İbrahim, sən evin böyüyü olmalısan, oxu, öyrən, sən ananın və bacının dirəyi olmalısan. Əli, həyatında nə çətinliklər olsa belə həmişə yuxarıya bax, atan səni oradan izləyir. Mən səni çox sevirəm, oğlum, ananı, bacını və qardaşını tək buraxma. Ailənin birliyi sənin əllərindədir.../trend

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!