Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Mübariz Qurbanlı: "Azərbaycanda dini istismar etmək cəhdlərinin qarşısı alınır və alınacaq" - MÜSAHİBƏ

AzeriXalq.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Trend-ə müsahibəsini təqdim edir:

- Mübariz müəllim, hazırda Azərbaycandakı dini durumu necə dəyərləndirirsiniz?

- Azərbaycanda bütün sahələrdə olduğu kimi, din sahəsində də sabitlik mövcuddur. Azərbaycan dünyada tolerantlığa, multikultural dəyərlərinə görə nümunəvi bir ölkə kimi tanınır. Eyni zamanda Azərbaycanda müxtəlif dini konfessiyalar, dini təriqətlər arasında heç bir qarşıdurma müşahidə olunmur. Baxmayaraq ki, bəzi ölkələrdə biz dini baxımından məzhəblər və təriqətlər arasında qarşıdurmalar, toqquşmalar müşahidə edirik, din adı altında gizlənən radikal, ekstremist qrupların həmin ölkələrdə öz məqsədlərinə çatmaq üçün dini istismar etdiklərini görürük, ancaq Azərbaycanda bu baxımdan sabitlik hökm sürür.

Eyni zamanda Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin müsəlmanlar, xristianlar və yəhudilər arasında harmoniya möhkəmlənib, bütün dini konfessiyaların sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Ölkəmizə istər xristian və yəhudi, istərsə də müsəlman ölkələrindən gələn nümayəndələr Azərbaycandakı bu sabit vəziyyəti yüksək qiymətləndirirlər.

Bilirsiniz ki, ötən il Azərbaycanda dünya dini liderlərinin ikinci böyük sammiti keçirildi və həmin sammitdə dünyanın tanınmış dini liderləri iştirak edirdilər. Sammitdə bütün çıxışlarda Azərbaycandakı dini durum yüksək dəyərləndirildi. Bütün bunlar cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın multikultural, tolerant dəyərləri dünya miqyasında tanıdılır.

- Bu gün din adı altında Azərbaycana qarşı hansı təhdidlər mövcuddur?

- Dini siyasiləşdirmək, dindən sui-istifadə etməyə cəhd edənlər olub, bu gün də var, ancaq bunların qarşısı qətiyyətlə alınır. Bütövlükdə Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı dini inancına sadiq bir xalq olaraq dindən bu formada istifadəyə qarşı çıxır. Bizim din xadimlərimiz də, o cümlədən məscidlərdə, kilsələrdə, senaqoqlarda çalışan din xadimləri də dinin hər hansı formada siyasiləşdirilməsinin qarşısını alırlar.

Azərbaycanda dini istismar etmək cəhdlərinin qarşısı alınır və bundan sonra da alınacaq.

- Bildiyimiz kimi məzarlıqlar bələdiyyələrin idarəçiliyinə verilib. Bununla bağlı dini komitə tərəfindən hansısa tədbirlər görülür?

- Bəli, bu məsələ öz həllini tapıb, yeni qaydalar var və bu qaydalara uyğun olaraq məzarlıqlar bələdiyyələrin idarəçiliyinə verilib. Dini komitənin burada heç bir nəzarət funksiyası yoxdur, Dini komitə yalnız reyester funksiyasını yerinə yetirir.

- Yas mərasimlərində israfçılıq məsələsi həmişə aktual olub. Bu gün bu məsələ nə yerdədir?

- Yas mərasimləri ilə bağlı tövsiyələr öz qüvvəsindədir. Bu, ailənin öz seçimidir. Tövsiyələr bizim tərəfimizdən də və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən də verilib, ancaq vətəndaş seçimi özü edir.

Bu tövsiyələrin də müəyyən müsbət təsirləri var ki, bu gün Azərbaycanda yas mərasimləri əsasən üç mərasimləri ilə yekunlaşır.

- Azərbaycan vətəndaşlarının xaricdə qanunsuz silahlı qruplara qoşulması hallarına qarşı hansı tədbirlər görülür?

- Artıq Azərbaycandan xaricdə olan ekstremist silahlı qruplara qoşulma halları yox dərəcəsindədir. Burada mən xüsusi olaraq hüquq-mühafizə orqanlarının fəaliyyətini qeyd etmək istərdim. Onlarla birgə aparılan profilatik tədbirlər Azərbaycan vətəndaşlarının xaricdə ekstremist qruplara qoşulmasının qarşısını alıb.




           Tarix: 02-03-2020 12:13   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya