"Atamın beyninə oksigen çatmır" - Xalq artistinin qızı

Baxış: 36



"Atamın müalicəsi evdə davam edir. Lakin səhhəti hələ də çox pisdir. Xəstəxanaya qayıtmaq istəmir, evdə qalmaq istəyir. Yemək yeyə, yata bilmir. Başında güclü ağrıları var. Artıq bu gün MRT-nin (Maqnit rezonans tomoqrafiya) vaxtı gəlib çatdı. Bu gün axşam MRT-yə saldıracağıq ki, başında nə olduğunun anlayaq. Qanda şəkəri sıfıra düşüb".
 
AzeriXalq.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib. Atasının səhhətinin dəyişməz olaraq qaldığını bildirən sənətkarın övladı, onun damarlarının tutulduğunu, beyninə oksigen getmədiyini açıqlayıb:
"Təzyiqi də gah enir gah qalxır, adətən 190 olurdu. Qəfildən 110-a düşür. Bütün günü halsızdır. Atamın bronxlarında pnevmaniya var idi. Həkimlər sağaltdılar, evə gətirdik, amma müalicəsi hələ də davam edir. Atam yıxılmışdı, biz ona görə xəstəxanaya apardıq. Yıxılıb başından travma almışdı.
Dedilər ki, COVID-dir gözlə. Yalandan atamı koronavirus xəstəsi etdilər. Amma onun problemi başındadır. İndi MRT-dən sonra biləcəyik. Çünki ola bilsin başında Hemoton aşkarlansın. Beyninə oksigen çatmır. Damarları tutulub". 
Məlumat üçün bildirək ki, bir neçə gün öncə səhhətində problemlərdən dolayı Ə.Həsənov xəstəxanaya yerləşdirilib. O, öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəyə cəlb olunub. Aktyordan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.
72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!