“Sevdiyim kişinin qanadları olmalıdır” - Xalq artisti Röya

Baxış: 37


Xalq artisti Röya Ayxan açıqlaması ilə gündəmi çalxalayıb.

AzeriXalq.az Bizim.Media-ya istinadla xəbər verir ki, sənətçi “Söz baz” maqazin verilişinə müsahibəsində əks cinsin nümayəndələrindən söz açıb.

Röya kişilərdə onu cəlb edən xüsusiyyətləri sadalayıb.

“İlk növbədə “vidi, fasonu” (xarici görkəmi – red.), simasına baxanda mehribanlıq olmalıdır. Uzaqdan gələndə sanki hər yerə işıq saçmalıdır. Sevdiyim kişinin qanadları olmalıdır (gülür)”.

Qeyd edək ki, Röya iş adamı Anar Cəlilov adlı şəxslə evli olub və boşanıb. Onların bu evlilikdən 2009-cü ildə Hüseyn dünyaya gəlib. Röya boşanandan sonra ailə qurmasa da, Anar 3-cü dəfə ailə qurub.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!