Ədalət Şükürov Amerikada Tolikin bacısı ilə görüşdü - VİDEO

Baxış: 34



Əməkdar artist Ədalət Şükürov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
AzeriXalq.az xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında Amerikada lentə alınan görüntülərini yayımlayıb.
Şükürov aparıcı və prodüser Tarix Əliyevin (Tolik) Nyu Yorkda yaşayan bacısı Esmira və həyat yoldaşı ilə görüşüb. İfaçı həmin görüntüləri paylaşaraq bunları yazıb:
"Çox tarixi görüşdü! Bu 10 ildə bir dəfə olar, ya olmaz! Tarix Əliyev, şad idim bacının ailəsi ilə tanış olmağa! Allah hamımızı qorusun!"
Xatırladaq ki, Esmira Tarix Əliyevin (Tolik) ögey bacısıdır. O, evlidir. İki övladı var. Toliklə Esmira eyni atanın övladları olsalar da, anaları ayrıdır. 

 

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!