Qaraciyərini qardaşına verən müğənninin vəziyyəti ağırlaşdı

Baxış: 33


Bir müddət əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamran Kərimbəyova verən müğənni Nərmin Kərimbəyovanın səhhəti ağırlaşıb.
AzeriXalq.az Bakı.vs-yə istinadən xəbər verir ki, sənətçinin Türkiyədə həyata keçirilən əməliyyatından sonra vəziyyəti hər ötən gün daha da pisləşib. Bu səbəblə də ifaçı təcili olaraq reanimasiyaya yerləşdirilib.
Kamran Kərimbəyovun səhhəti isə yaxşılaşmağa doğru gedir.
Qeyd edək ki, Nərminin qardaşı uzun illərdir "Hepatit B" xəstəliyindən əziyyət çəkirdi.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!