Rusiyalı müğənninin konserti azərbaycanlıları təhqir etdiyi üçün ləğv olundu — VİDEO

Baxış: 37






Rusiyalı müğənni Lyubov Uspenskaya azərbaycanlıları təhqir edib.

AzeriXalq.az xəbər verir ki, Azərbaycanın Mədəniyyət Nazirliyi rusiyalı müğənni Lyubov Uspenskayanın oktyabrın 9-da Konqres Hollda konsertini ləğv edib.

Konsertin biletlərinin iTicket platforması üzərindən satışı dayandırılıb.

Deyilənə görə, Uspenskayanın Bakıda konsert verəcəyindən xəbər tutan onlarla azərbaycanlı Mədəniyyət Nazirliyinə kütləvi şikayətlər ediblər.

Konsertinin ləğvinin əsl səbəbi isə müğənninin sosial şəbəkələrdə Azərbaycanı təhqir etməsi və ermənipərəst mövqeyi səbəb olub. O, sosial şəbəkələrdə yayılan videosunda 44 günlük müharibə zamanı azərbaycanlıları necə təhqir etdiyini danışıb və erməni sevgisini açıqca bildirib.

Qeyd edək ki, həmin videonu Bakı sakini olan bir xanım Mədəniyyət Nazirliyinə təqdim edəndən sonra konsert ləğv olunub, bilet satışı dayandırılıb.(konkret.az) 

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!