"Duet oxuyanlar sevgildir" - QALMAQALLI AÇIQLAMA

Baxış: 28

Müğənni Mənzurə Musayeva qalmaqal yaradacaq açıqlama verib.

Lent.az-ın məlumatına görə, ifaçı “Günə bir şou” verilişində bildirib ki, indi Azərbaycanda duet oxuyanlar sevgilidir:

“İndi saf duet ortaqları yoxdur. İllər öncə mən Səyyad Əlizadə ilə duet oxudum. Mənə dedi ki, Mətanət İsgəndərli ilə bir disk buraxmışam, birini də səninlə buraxacam. Yəni onun niyyəti düz idi. Amma eşq macərası ilə gələn duetlər başqadır. İndi duet oxuyanların hamısı bir-biri ilə sevgilidir. Bir kişi müğənninin bir qız müğənni ilə eşqi bitdisə, başqa qızla duet oxuyur. Yəni qızlar sədaqətli olur”.


 

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!