Əməkdar mədəniyyət işçisi vəfat etdi

Baxış: 12




Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış teatr xadimi Həsən Həsənov 71 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
AzeriXalq.az hit.az-a istinadən xəbər verir ki, Həsən Nəsib oğlu Həsənov 1950-ci il iyul ayının 7-də Gürcüstanın Bolnisi rayonunun (Borçalı mahalının) Faxralı kəndində anadan olub.
1992-1994-cü illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında sərəncamçı direktor vəzifəsində çalışıb. 1994-cü ildə Dövlət Gənclər teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunub. 2006-2009-cu illərdə Dövlət Gənclər Teatrında direktor, 2009-cu ildə isə direktor müavini vəzifəsində çalışıb. 2010-2014-cü illərdə Mingəçevir Dövlət Dram Teatrının direktoru olub.
2014-2017-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında direktor müavini vəzifəsində çalışıb. 2017-ci ildən "Audiokitab" layihəsinin rəhbəridir.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!