Rəmişin ölüm səbəbi bilindi - AÇIQLAMA

Baxış: 20




Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı, "Rəmiş" ləqəbi ilə tanınan Rafiq Hüseynovun ölüm səbəbi məlum olub.
AzeriXalq.az baku.tv-yə istinadən xəbər verir ki, Rəmişin həkimi, reanimatoloq Cavid Paşayev açıqlama verib.
Həkim açıqlamasında bildirib ki, Rəmiş yanvarın 28-də qara ciyər çatışmazlığı, xroniki ağ ciyər xəstəliyi ilə daxil olub. Daxil olandan sonra müalicə fonunda nisbi stabillik müşahidə olunub. Sonradan xəstədə koronavirusa yoluxma olub. Bu gün o rəhmətə gedib", - deyə Cavid Paşayev bildirib.
Qeyd edək ki, R.Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Xatırladaq ki, R.Hüseynov 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!