"Televiziya məşhurluq üçün öndəgedən amil deyil”

Baxış: 17






Aparıcı Leyla Quliyeva televiziyadan danışıb. O, bu haqda verilişlərin birində bəhs edib: "İnternet televiziyaya təsir göstərdi. Televiziya internetlə, dijital aləmlə çətin ayaqlaşır. Əgər bir xəbəri mən baş verəndən 3 saat sonra telefonum vasitəsilə oxuyuramsa, oturub gözləyəcəm ki, saat 8 olsun xəbərə baxım? Mən xəbər baş verən anda agah olacam. Televiziya peşəkar olduğu üçün gecikir. Haradasa pis və ya yaxşı olursa, hər hansı istifadəçi həmən yayır. Televiziya isə müsahibəsi ilə hazırlayıb təqdim edəcək.
Televiziya verilişləri sosial şəbəkədə məşhur olanların üzərində qurulub ki, onların izləyiciləri efirə gəlsin. Televiziyada nə ola bilər ki, ancaq orada olsun? Çox çətin bir hadisə ilə üz-üzəyik. Amma mümkündür. Aparıcısı olduğum layihədən gördüm ki, bizim hazırladığım təbəqə paylaşırdı. Hər şey sadə, bir telefonun arxa kamerası ilə ərsəyə gəlmir. Burada tələblər var. Sosial şəbəkədəki sadəlik efirdə yoxdur. Verilişə maddi, texniki baza sərf olunur. Burada insan zəhməti, əl işi, komanda şəklində işləmək var”.
L.Quliyeva yeni aparıcıları da tənqid etməkdən çəkinməyib: “İndiki aparıcılar efirə çıxır ki, məşhur olum, pul qazanım. Əlbəttə, maddi rifah, maaş vacibdir. Mən də yeni gələndə pul düşünürdüm. Amma birinci o deyildi. Hər şeyə çox məsuliyyətlə yanaşırdım. Çox şeyləri qurban verirsən: həmin anı özünə, dostlarına sərf edə bilərsən, dincələrsən. Amma sənə verilən tapşırığı məsuliyyətlə yerinə yetirməlisən. Biz üzdə olan insanlarıq: yaxşı da, pis də etsək görünür. Bu dəqiqə sosial şəbəkədə izləyici sayına görə milyonlarla izləyicisi olan insanlar var ki, televiziyaya aidiyatı yoxdur. Bir ilin içində yüzlərlə izləyici toplayıb, kütləni arxasınca aparan adamlar var. Onlar televiziyadan asılı insanlar deyil. Deməli, televiziya indi məşhurluq üçün öndəgedən amil deyil”.
AzeriXalq.az

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!