"Efir sayəsində tanınmışıq, indi durub pul istəyək?" - Oksanadan reaksiya

Baxış: 37




Efirlərdən pul istəmək düzgün deyil. Çünki insanlar bizi televiziya sayəsində tanıyıb və seviblər.
AzeriXalq.az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova İnstaqram-da canlı yayımda olarkən deyib. Sənətçi ona ünvanlanan sualları cavablandırıb. Oksana müğənni Xatirə İslamın verilişlərə çıxmaq üçün pul istəməsi məsləsinə reaksiya verib:
"Nəticədə sən efir sayəsində tanınmış sima olmusan. Düzgün olmaz, bu, lazım deyil. Əvvəlcədən belə hal olsaydı, deyərdim yaxşı. Buna axı öyrəşməmişik, hələ bizdə bu qanun formalaşmayıb. Əgər telekanallar bunu özləri qəbul etsəydi, nə gözəl.
Amma indi büdcə yoxdur axı. Bir çox hallar var ki, seriallar, film üçün büdcə yüksək olmur. Balaca bir məbləğlə nələrsə etməyə çalışırıq. Kimisə bu mövzuda zorlamağı istəməzdim".

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!