“Səsim Kəlbəcərdən gəlir, tezliklə özüm də orada olacağam"

Baxış: 61




Xalq artisti Aygün Kazımova ötən gün Kəlbəcərdə avtomobildə onun mahnısını səsləndirən hərbçinin görüntülərini paylaşıb.
AzeriXalq.az mediapost-a istinadla xəbər verir ki, o, videoya "Səsim oradan gəlir, tezliklə özüm də orada olacağam - doğma diyarımız, Kəlbəcər! Təşəkkürlər, Azərbaycan əsgəri!" şərhini yazıb.
İzləyicilərdən biri isə "Aygün xanım, Röyayla gedin, tək sıxılarsınız" sözləri ilə paylaşıma rəy bildirib. A.Kazımova illərdir küsülü olduğu Xalq artisti Röya Ayxanla bağlı bu şərhə biganə qalmayaraq bəyənib.
Kazımovanın bu addımı sosial şəbəkədə müzakirə edilib.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!