"Ceyhun Mirzəyev, məkanın artıq cənnətdir"

Baxış: 81



Şuşa azad edilən gündən Ceyhun Mirzəyevin (aktyor - red.) fotosunu paylaş̧dım və yazmışdım ki, rahat uyu, qisasın alınr.
AzeriXalq.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Cavidan Novruz yazıb. Mərhum aktyor, "Fəryad" filminin qəhrəmanı Ceyhun Mirzəyevin şəklini yayımlayaraq bunları əlavə edib:
"Bunu ona görə etmişdim ki, bu insan öz sənəti uğrunda ürəyindən əziyyət çəkə-çəkə zülmlə filmi çəkdi. Amma nə bu filmi görə bildi, nə də torpaqların azad olunmasını... Ən böyük arzusu bu idi. İndi torpaqlar alınır, alındı və başa çatdı. Doğulub boya-başa çatdığı Ağdam, Gülablı da azad olundu. Demişdim ki, azad olunsun, onu ziyarətə gedəcəm.
İndi də sözümü tuturam, rahat uyu əvəzsiz Ceyhun Mirzəyev. 8 yaşımdan bu günə kimi bu insana olan sevgim, rəğbətim, diqqətim azalmadı. Onu ziyarətə gələcəm, "Yasin" oxutdurub, ətrafını gül-çiçəklə bəzəyəcəm. Sənə Ağdamın azad olunduğu müjdəsini verib, təbrik edəcəm, qəhrəman aktyorum.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!