Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Bəhram Bağırzadənin xəstəxanadan ilk FOTOLARİ




Əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxduqdan uzun müddət sonra ilk dəfə fotolarını yayımlayıb.  
AzeriXalq.az xəbər verir ki, Əməkdar artist xəstəxana divarları arasında tibbi personal ilə birgə ayaqüstə çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşıb.Bir aydan çoxdur koronavirus infeksiyasından müalicə alan aktyorun xeyli çəki atması diqqətdən qaçmayıb.
Bəhram Bağırzadə onun yenidən sağalıb, ayaq üstə qalxmasında yardımçı olan həkimlərə təşəkkür edib: "Əksər insanlar kimi mən də vaxtaşırı həkimlərə müraciət edirdim, amma 2020-ci ilin yayı, koronavirusla xəstələndiyim dövr mənim üçün əsl sınaq oldu və həkimlər olmasaydı, heç vaxt bunun öhdəsindən gəlməzdim. Müalicəmdə iştirak edən bütün həkimlərə təşəkkürümü bildirmək üçün hansı sözləri istifadə edə biləcəyimi də bilmirəm".
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən Əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu.
Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. O, iyulun 2-də ECMO-dan ayrılıb.
Bu da Bəhram Bağırzadənin xəstəlikdən sonra ilk görüntüləri:





           Tarix: 27-07-2020 15:09   

Gündəm
































Video səhifəmiz

img

Fotosesiya