Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

"Alovlunu qulağından tutub məhkəməyə gətirəcəklər" - Flora Kərimova jurnalistə od püskürdü





Xəbər verdiyimiz kimi xalq artisti Flora Kərimova jurnalist Ülviyyə Alovlunu məhkəməyə verib.
Dünən Binəqədi Rayon Məhkəməsində Flora Kərimovanın təhqir və böhtanla bağlı Muradova Ülviyyə Niyaz qızına (Ülviyyə Alovlu)  qarşı xüsusi ittiham qaydasında verilmiş şikayətinə əsasən məhkəmə baş tutub. 
Xalq artisti “Yeni Sabah”a açıqlamasında bildirib ki, məhkəmə təxirə salınıb:
“Ülviyyə qorxdu gəlmədi. Bir gün ondan qabaq “Xəzər TV”də mənəm-mənəm deyirdi. Alovla danışırdı ki, guya mən yalan danışıram, ona böhtan atıram. Deyirdi ki, “müğənnilər kimdir ki, öz fikirlərini deyirlər?” Çox tərbiyəsiz sözlər işlədirdi. Dünən isə gəlmədi, qorxdu. Məhkəmə də məndən sənədləri aldı, təxirə düşdü. Bu cinayət işidir deyə, hazırlıq iclasına gəlməyəndə təxirə düşür. Çünki qarşı tərəf mütləq orada olmalıdır. Məhkəmə bildirdi ki, onun gəlişi mütləq təmin olunmalıdır. Yəni, artıq onu harda gördülərsə “qulağından tutub gətirmək” lazımdır. Buna görə də məhkəmə təxirə salındı. Yenidən məhkəməmiz olacaq”. 
Qeyd edək ki, tərəflər arasında qalmaqala Flora Kərimovanın videosu yayılan üç qız barədə “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə şillə kimi bu videonu çırpacaqlar ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur?!”, - deyə fikir bildirməsi və jurnalist Ülviyyə Alovlunun bu sözlərə sərt reaksiyası verməsi səbəb olub. 




           Tarix: 03-09-2019 14:17   

Gündəm
































Video səhifəmiz

img

Fotosesiya