Azərbaycanda DƏHŞƏT: Ər öncə arvadını sonra daha 3 qohumunu bıçaqladı

Baxış: 20



Quba sakini Xaçmazda arvadını və daha üç qohumunu bıçaqlayıb.
AzeriXalq.az xəbər verir ki, hadisə Niyazoba kəndində qeydə alınıb.
Quba rayonunun Dağlı kənd sakini Niyaməddin Qiyaməddin oğlu Qədirov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Ülviyyə Teymur qızı Qədirovanı, Xaçmaz rayonunun Niyazoba kənd sakinləri: - qayınanası, 1965-ci il təvəllüdlü Zəkiyyə Nuruyevanı, qaynı, 1997-ci il təvəllüdlü Elçin Teymur oğlu Nuruyevi və baldızı, 1998-ci il təvəllüdlü Röya Teymur qızı Nuruyevanı bıçaqlayıb.
Yaralılar təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!