İstirahətə gələn kişi sevgililər tərəfindən döyülərək ZORLANDI

Baxış: 33



Şəmkir rayonuna istirahətə gələn kişi döyülərək zorlanıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirib ki, məsələ ilə bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar zamanı məlum olub ki, Gədəbəy rayon sakini Orxan Şahbudalov tanışı Həcər Məmmədova ilə tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə ilə qabaqcadan əlbir olaraq Şəmkir rayonuna istirahət üçün gəlmiş Ə. Qədirovun mobil telefonunu əlindən almaq üçün silah qismində dəmir parçasından istifadə edərək hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tədbiq ediblər.
 
Araşdırmalar zamanı şübhəli şəxslərin zərərçəkmiş şəxsə müxtəlif bədən xəsarətləri yetirmələri və cinsi zorakılıq göstərmələri də sübuta yetirilib.
 
Həmin şəxslərdən Orxan Şahbudalov həbs olunub, Həcər Məmmədova barəsində isə ev dustaqlığı həbs qətimkan tədbiri seçilib.
 
Araşdırmalar davam etdirilir.

AzeriXalq.az

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!