Mingəçevirdə həbs edilən şəxs qolu ilə boğazını kəsdi

Baxış: 31




Mingəçevir şəhərində həbs edilmiş şəxs özünə xəsarətlər yetirib.
Hadisə Mingəçevir Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində baş verib.
Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilmiş 29 yaşlı Səttar Fərzanlı özünə kəsici əşya ilə xəsarətlər yetirib.
Məhkəmənin qərarına etiraz edən şəxs kafel qırığı ilə qoluna və boğazına xəsarətlər yetirib. Dərhal idarəyə tibbi yardım briqadası dəvət edilib və ona tibbi yardım göstərilib.
Araşdırma aparılır.
Qafqazinfo.az

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!