Özünü güllələyən polis rəisi ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

Baxış: 55




İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
AzeriXalq.az xəbər verir ki,bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.
Qeyd edək ki, polis polkovnik-leytenantı Rahib Mirzəyev xidməti otağında dünən  səhər saatlarında özünü tabel silahı ilə vuraraq öldürüb.
Rahib Mirzəyev Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!