41 yaşlı qadın ərini bıçaqladı-Bakıda

Baxış: 17




Bakıda 41 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb.
AzeriXalq.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən evdə baş verib. 
Rusiya vətəndaşı 1980-ci il təvəllüdlü Nataliya Vladimirovna Vorobyova qeyri-rəsmi nikah münasibətində yaşadığı əri, 1978-ci il təvəllüdlü Vitali Eduardoviç Tokariyev sinəsindən bıçaqlayıb.
Xəstəxanaya yerləşdirilən V.Tokariyevin vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!