Azərbaycanda vəzifəli şəxs həbs edildi - Əxlaqsız hərəkətlər maddəsi

Baxış: 19




Ucar rayonunda mədəniyyət evinin müdiri həbs edilib.
AzeriXalq.az bildirir ki, rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri, 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay  müddətinə həbs qətimkan tədbiri seçilib. R. Hüseynov Azərbaycan Respublikasının cinayət məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.
Qeyd edək ki, R. Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.
Faktla bağlı araşdırma davam etdirilir./apa

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!