Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü

Baxış: 51




Sumqayıtda ər arvadını boğaraq öldürüb.
AzeriXalq.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin dənizkənarında yerləşən otellərin birində baş verib.  Belə ki, oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Qətli törədən 29 yaşlı O.Həsənov saxlanılıb. Zəruri istintaq tədbirləri görülür.
Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!