Azərbaycanlılara işgəncə verən erməni əsir Bakıda HƏBS OLUNDU

Baxış: 95






Azərbaycanlı əsirlərə işgəncə verən Ermənistan vətəndaşı Mkrtçyan Lüdviq Mkrtçoviç həbs edilib.
AzeriXalq.az-ın verdiyi xəbərə görə, onun barəsində Hərbi prokurorluğun verdiyi təqdimata Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baxılıb.
Hakimin qərarı ilə Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinən L.Mkrtyçyan barəsində həbs qətimkan tədbiri seçilib.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!