Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Bakıda bacısını öldürən məmur oğlu ilə bağlı məhkəmə qərar verdi



Xəzər Rayon Məhkəməsində Bakıda bacısını qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Məhəmməd Babayevin barəsində olan həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
AzeriXalq.az bildirir ki, prosesdə təqdimata baxılıb və M. Babayevin barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, qətl hadisəsi senytabrın 20-də Xəzər rayonu, Türkan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev münaqişə zəminində bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahla 3 dəfə atəş açaraq qətlə yetirib.
M. Babayev daha sonra könüllü polisə təslim olub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxs Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğlu, ölən isə qızıdır./trend




           Tarix: 23-09-2020 10:53   

Gündəm
































Video səhifəmiz
Fotosesiya