Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Sərxoş kişi gecə qayınanasının evinə gedib tələb etdi ki... - Şamaxıda şok olay




Şamaxı rayonunda soyğunçuluq hadisəsi törətməkdə təqsirli bilinən 1960-cı il təvəllüdlü Baycan Feyzullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AzeriXalq.az Teleqraf.com-a istinadən bildirir ki, Baycan Feyzullayev 4 iyul 2019-cu il tarixdə, saat 23 radələrində sərxoş vəziyyətdə rayonun Quşçu kəndində yaşayan mərhum arvadının anası İpəknaz Feyzullayevanın yaşadığı evə daxil olub.
O, qayınanasından pul tələb edib. Pulun yerini deməkdən imtina edən qadını yumruq-təpiklə döyüb. Daha sonra evi axtaran Baycan Feyzullayev yataq otağında olan sandığın içərisindən 2500 manat məbləğində pulu götürüb və evdən gedib.
İstintaq orqanı tərəfindən Baycan Feyzullayevin barəsində Cinayət Məcəlləsinin 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirçləndirilən şəxs qismində ifadə verən Baycan Feyzullayev bildirib ki, iyulun 4-də Ənvər ləqəbi ilə çağırılan qayını Əlizadə Feyzullayevin evinə gedib və onu axtardığından Əlizadə ilə bir həyətdə yaşayan qayınanası İpəknaz Feyzullayevanın evinin pəncərəsini döyüb: "Səsə qonşu evdə yaşayan Əlizadənin qızı Hicran çıxdı və nə lazım olduğunu soruşdu. Ondan Əlizadənin harada olduğunu soruşdum. Hicran "Əlizadə səninlə toyda deyildi?", - sualını verdi. Bundan sonra İpəknaz Feyzullayevanın həyətindən çıxdım və öz evimə getdim".
Baycan Feyzullayev ifadəsində İpəknaz Feyzullayevanın göstərdiklərinin yalan olduğunu, onun evinə getmədiyini, 2500 manat məbləğində və qeyri məbləğdə pul götürmədiyini, İpəknazı döymədiyini, onun nəvəsi Hicranı itələyib yıxmadığını, sadəcə olaraq Əlzadə Feyzullayevi soruşub, sonra oradan evinə getdiyini bildirib.
Baycan Feyzullayev qeyd edib ki, həmin günü Firudin Feyzullayevin öz oğlu üçün etdiyi toyda Əlizadə Feyzullayevlə bir yerdə olub, yemək yeyib, spirtli içki içiblər: "Ancaq toydan çıxanda içkili olduğum üçün Əlizadə Feyzullayevin evinin qarşısından keçəndə onunla qonşu olan anası İpəknaz Feyzullayevanın evinin pəncərəsini döyüb, Əlizadəni soruşmuşam. Başqa heç nə etməmişəm".
Şamaxı rayon Məhkəməsinin hökmü ilə o, 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhum edilib.
Hökmdən narazı qalan Baycan Feyzullayev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Qeyd edib ki, qaynı Əlizadə ilə aralarında arvadının yas mərasimi və həmin yas mərasiminə yığılan pullarla əlaqədar mübahisəsi olub. Bu səbbədən ona bohtan atıldığını qeyd edib.
Baycan Feyzullayevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Baycan Feyzullayevin barəsində bəraət hökmünün çıxarılması barədə şikayəti təmin olunmayıb.
Amma verilmiş cəza dəyişdirilib. Baycan Feyzullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.




           Tarix: 21-06-2020 15:40   

Gündəm
































Video səhifəmiz

img

Fotosesiya