"Macarıstan şirkətləri azad edilmiş ərazilərdə tikinti proqramında iştirak etməyə hazırlaşır" - Sahil Babayev

Baxış: 31




Macarıstan şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində tikinti proqramında iştirak etməyə hazırlaşır.
AzeriXalq.az bildirir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlığa dair mətbuat konfransında deyib.
O bildirib ki, həmin ərazilərdə artıq genişmiqyaslı tikinti işləri başlayıb: "İki ölkə başçıları tərəfindən imzalanmış "Azərbaycanla Macarıstan arasında astrateji tərəfdaşlıq barədə birgə bəyannamə" əməkdaşlığın genişlənməsinə xidmət edir.
Ölkələrimiz arasında əlaqələr genişlənir. Səmərəli əməkdaşlığımızı ticarət əlaqələri, qarşılıqlı ticarət dövriyyəsinin artması, o cümlədən ötən il Macarıstandan Azərbaycana idxalın 8 faiz, Azərbaycandan Macarıstana ixracın 60 faiz artması təsdiq edir".

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!