Azərbaycan məhsullarını ən çox bu ölkələrə ixrac edib - SİYAHI

Baxış: 26


2020-ci ildə Azərbaycanın əsasən hansı ölkələrə məhsul ixrac etdiyi məlum olub.
AzeriXalq.az bildirir ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 30,4 faizini İtaliyaya, 18,9 faizini Türkiyəyə, 5,2 faizini Rusiyaya, 3,8 faizini Yunanıstana, hər biri 3,4 faiz olmaqla Xorvatiya və Gürcüstana, 3,3 faizini Hindistana, 3,2 faizini İsrailə, 3,1 faizini Çinə, 2,6 faizini Ukraynaya, 2,4 faizini İspaniyaya, 2,3 faizini Tunisə, hər biri 1,7 faiz olmaqla Portuqaliya, Almaniya və Çexiyaya, 1,6 faizini İsveçrəyə, 11,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37,3 faiz), Türkiyəyə (20,4 faiz), İsveçrəyə (12,1 faiz), Gürcüstana (6,9 faiz), Çinə (2,4 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (2,1 faiz), İrana (1,5 faiz), Qazaxıstana (1,4 faiz), ABŞ-a (1,3 faiz), Özbəkistana (1,1 faiz), Almaniyaya (1,0 faiz), Türkmənistana (1,0 faiz), Belarusa (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib./trend

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!