"Azərbaycan 2025-ci ilədək qeyri-neft ixracını iki dəfə artırmaq niyyətindədir"

Baxış: 43




Əvvəlki illərdə olduğu kimi İqtisadiyyat Nazirliyinin qarşısında iqtisadiyyatın dayanıqlı şaxələndirilməsi tapşırığı dayanır.
AzeriXalq.az bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Post-pandemiya dövründə vergi sistemi" adlı konfransda deyib.
Nazir bildirib ki, qarşıya qeyri-neft ixracının genişləndirilməsi və bu sahənin sürətli inkişafı məqsədi qoyulub:
"Bununla bağlı, qeyri-neft ixracının artımına xidmət edəcək konsepsiyanın hazırlanması nəzərdə tutulub. Azərbaycan bu gün 120 növdən çox məhsul ixrac edir, 2025-ci ilədək qeyri-neft ixracının iki dəfə artırılması nəzərdə tutulur"/trend

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!