Fövqəladə Hallar Nazirliyinin 15 illik yubiley medalı təsis edilib

Baxış: 26




Prezident İlham Əliyev "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
AzeriXalq.az bildirir ki, Qanuna əsasən, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" yubiley medalı;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilir:
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)" yubiley medalı;".
Həmçinin, "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" təsdiq edilir.
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" təsdiq edilir.

Saytdakı materiallardan istifadə zamanı istinad mütləqdir!